EN

Aİ Rusiyadan yan keçən dəhliz yaratmaq üçün 10 mlrd. avroya vəsait cəlb etmək istəyir

Avropa İttifaqı Rusiyadan yan keçməklə, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Mərkəzi Asiyadan Avropaya nəqliyyat dəhlizinin yaradılmasına 10 mlrd. avroya qədər investisiya cəlb etmək niyyətindədir, lakin hələlik Brüssel bu məqsədlər üçün Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) iki kredit xətti şəklində cəmi 2,97 mlrd. avro ayırmağa hazırdır.

APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Belçika paytaxtında keçirilən Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumu ilə bağlı Avropa Komissiyasının bəyanatında deyilir.

Avropa Komissiya vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsindən sonra Avropa və Asiya arasında Rusiyadan keçməyən alternativ etibarlı ticarət yollarının tapılması xüsusi aktuallıq kəsb edir.

"Aİ mövcud və planlaşdırılan investisiyaların qarışığı olan 10 mlrd. avroya qədər investisiya cəlb etmək niyyətindədir. Avropa İnvestisiya Bankı bu gün Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri ilə Avropa Komissiyasının zəmanəti ilə 1,47 mlrd. avro məbləğində kreditlərin ayrılmasına dair anlaşma memorandumu imzalayıb. Bu gün daha sonra Avropa Yenidənqurma və İnkişaf Bankı Qazaxıstanla 1,5 mlrd. avroluq kredit xəttinə dair anlaşma memorandumu imzalayacaq”, - bəyanatda deyilir.

Qeyd edək ki, tədbirin məqsədi Transxəzər Nəqliyyat Dəhlizinin 15 gün və ya daha az müddətdə Avropa və Mərkəzi Asiyanı birləşdirən multimodal, müasir, rəqabətə davamlı, proqnozlaşdırıla bilən, ağıllı və sürətli marşruta çevrilməsi kimi uzunmüddətli məqsədə nail olmaqdır.

Forumda həmçinin Xəzər dənizi üzərindən nəqliyyat əlaqələri üzrə ayrıca sessiya keçiriləcək və sessiyada Xəzər dənizi keçidinin müxtəlif aspektləri, o cümlədən Aktau, Kurık, Türkmənbaşı və Bakının əsas limanlarının tutumu və əməliyyatlar müzakirə olunacaq.

Chosen
316
2
apa.az

10Sources