EN

ABŞ-ın müdafiə naziri prostat xərçəngindən müalicə olunduqdan sonra işə qayıdıb

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin bir aylıq prostat vəzi xərçəngindən müalicə aldıqdan sonra Pentaqona qayıdıb. 

HİT.az xəbər verir ki, "Reuters" bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsmi açıqlamasına istinadən məlumat yayıb.

"Ostin bazar ertəsi Pentaqona qayıtıb", deyə nəşr qeyd edib.

İdarədən verilən məlumata görə, nazir tibb müəssisəsindən evə buraxılan yanvarın 15-dən distant rejimdə işləyir.

Yanvarın əvvəlində Pentaqonun rəhbəri Lloyd Ostinin evinə nişansız təcili yardım çağırılıb. Xilasetmə xidmətinə zəng edən şəxs lazımsız səs-küy olmadan hər şeyi etmək istəyib və sayrışan işıqlar və sirenlər olmadan təcili yardım göndərməyi xahiş edib.

Sonradan məlum olub ki, ABŞ-ın müdafiə nazirinə prostat xərçəngi diaqnozu qoyulub və əməliyyat olunub. 

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
221
1
hit.az

10Sources