EN

Aİ bu il 1,8 milyard avrodan çox humanitar yardım planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) bu il 1,8 milyard avrodan çox humanitar yardım planlaşdırır.
Banco.az xəbər verir ki, Avropa Komissiyası 2024-cü ildə planlaşdırılan humanitar yardımın məbləği və ayrılan ərazilərlə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Aİ bu il öz büdcəsindən humanitar yardım üçün 1,8 milyard avrodan çox vəsait ayırıb.
Ən çox humanitar yardım Yaxın Şərq və Şimali Afrika regionuna yönəldilib. Qəzza və Fələstinin mülki əhalisinin humanitar ehtiyacları, həmçinin Suriya, Livan, Yəmən və qonşu ölkələrdə davam edən regional böhran səbəbindən Yaxın Şərq və Şimali Afrikaya təxminən 470 milyon avro maliyyə ayrılacaq.
Şərqi və Cənubi Afrikada uzunmüddətli münaqişələrdən və iqlim dəyişikliyindən zərər çəkənlərə təxminən 346 milyon avro dəstək veriləcək.
Mümkün fövqəladə hallara və gözlənilməz humanitar böhranlara cavab vermək üçün təxminən 315 milyon avro ayrılacaq. Ən sərfəli kredit üçün müraciət et



Cənubi Asiya və Sakit okean hövzəsində Myanma, Banqladeş və Filippinə 186 milyon avroluq humanitar yardım göndəriləcək.
Əsasən Rusiya-Ukrayna müharibəsinin nəticələrinə görə Cənub-Şərqi Avropa, Qərbi Balkanlar, Qafqaz və Suriya böhranı və ötən il baş verən zəlzələnin təsirləri səbəbindən Türkiyəyə təxminən 115 milyon avro maliyyə ayrılacaq.
Mərkəzi Amerika, Cənubi Amerika və Karib hövzəsinə 111,6 milyon avro ayrılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook
Instagram
Telegram

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
1
banco.az

2Sources