EN

3 milyonluq dələduzluğa görə həbs edildi - Foto

Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran şəxslər saxlanılıblar.

Sabah.az DİN Mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə Bakı sakini Könül Müzəffərova saxlanılıb.

Onun tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə həmin şəxslərin etibarından sui-istifadəetmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55 000 (əlli beş min) manat pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə Xaçmaz rayon sakini Ceyhun Əsgərov saxlanılıb. Onun bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirməsinə və ümumilikdə 3 milyon manatdan artıq zərər vurmasına şübhələr müəyyən edilib.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Chosen
111
21
sabah.az

10Sources