Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - Çətin, mürəkkəb gündür. Problemlərin axını axşam saatlarına qədər davam edə bilər. Gözlənilməz dəyişikliklər və xəbərlər sürətlə bir-birini əvəzləyir. Ardıcıllıq yoxdur. Perspektiv istiqaməti seçin, irəliləyin və arxaya baxmayın.
Öz dalğanızı tutun.
Əsas layihə və ya işdə problemlər sərtləşə bilər. Axşam saatlarında sakit, rəvan istirahətə zaman ayırın. Pozitiv olun.
Buğa - Köhnəlmə, usanma, təmir, profilaktika ilə bağlı mövzular yaranır. Səhhətinizə fikir verin. Yaşananlara ciddi münasibət bəsləyin. Nəyəsə nəzarəti itirdiyinizi hiss etdiyiniz məkanda və ya məqamda iradları sərtləşdirməyin.
Yaşam arealını qaydaya salın. Sizi narahat edən məsələni təhlil edin. Yeni marağa yönlənmək imkanları var. Buna o qədər də harmonik olmayan şərtlər rəvac verir.
Bağışlamaq və ya bağışlanmağa ümid etmək zamanıdır. Emosiyalarınızda laübalar var. Bir mərhələni başa vurun, yenisinə qədəm qoyun.
Əkizlər - Önəmli gündür. Yaşanan olayları səhih dəyərləndirin. Alınan məlumatları təhlil edin, bundan sonrakı hərəkətlər üçün bazis formalaşdırın. Qayğılar xüsusi diqqət tələb edir.
Başqalarının maliyyə problemlərinin həllində onlara yardımçı olmağa çalışmayın. Bir problemi həll etməyə başlayanda başqa çətinlik yarana bilər. Alış-verişdə bədxərclik etməyin.
Günün ikinci yarısı güclü və parlaq təəssüratlar vəd edir. Vaxtınızı xəsisliklə planlaşdırın.
Sevdiyiniz insanla laqeyd davranmayın. Ciddi planları reallaşdırmaq üçün əlverişli zamandır.
Xərçəng - İmkan və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Situasiya təhlükəli hədd ərəfəsində olanda dayanın. Ambisiyalarınıza enerji qidası verməyin. Niyyətlərinizin reallaşdırılması üçün düşünülmüş ssenari yoxdursa, macəra aramayın.
Sizi nə isə geri çəkir, gerçəkləşməyən ümidlərlə arzulara yenidən baxmağa vadar edir. Pərişanlıq yaradan təcrübə, başqalarının problemi ilə məşğul olmaq zərurəti yarana bilər. Sakitləşin, emosional davranmayın.
Yaxşı istirahət əsəblərinizi sakitləşdirəcək.
Dostlarla görüş pozitiv emosiyalar vəd edir.
Şir - Müstəqil və təkbaşına çalışmağa can atmayın. Belə davranış peşəkar fəaliyyət müstəvisində problemlər yaratmaqla yanaşı, münasibətlərdə sərinləşməyə səbəb ola bilər. Emosiyaları çılğınlıqla izhar etməyin. Hisslərinizə hakim olun. Problemlərin yeni həll variantlarını arayın.
Yeni mövzu və ya imkan yaranarsa, baş verənlərə münasibət bildirin. Müşkülün həlli ilə bağlı fikirlərinizi açıqlayın. İşlə bağlı məsələlərdə heç nəyi öz axarına buraxmayın. İşdə problemlər varsa, şəxsi həyatla bağlı planlardan imtina edin.
Nəticələri təxminləyin, yardım arayın, özünüzü sığortalayın. Səhhətinizə fikir verin.
Qız - Ayın ən qarışıq və çətin günlərindən biri olsa da, yenilənmə və bəzi asılılıqlardan azadlıq vəd edən zamandır. Keçilən mərhələ, münasibətlərdə və işdə yeni səviyyəyə keçid zərurəti ilə bağlı hiss yarana bilər.
Situasiyanı dürüst qiymətləndirməyə emosiyalar mane olmasın. Sərt qərarlar və addımlar nəticəsində münaqişəyə rəvac verməyin. İşlərdəki və münasibətlərdəki mövcud durumdan narazılıq gerçəkdən də önəmli işlər üçün əhəmiyyətli maneədir.
Heç nəyi dramatikləşdirməyin. Cari prosesləri nəzarətdə saxlamağa çalışın.
Tərəzi - Yaşamınızda əvvəlki qaydada qalması mümkünsüz olan nəsnələr və məqamlar enerji israfı tələb edir. Daha ciddi və perspektivli iş görmək üçün nə iləsə vidalaşmalısınız. Çətindir, amma gərəkdir. Sizi həyəcanlandıran dəyişikliklərə praktik baxın. Maliyyə məsələlərində xüsusilə diqqətli olun.