Mingəçevirdə evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, araşdırmalar zamanı meyiti tapılan şəxsin Ağdam rayon sakini, 1949-cu il təvəllüdlü Solmaz Həsənova olması müəyyən edilib.
İlkin müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. S.Həsənovanın şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.