“XİN rəhbərləri danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Qriqoryan
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində keçirilən görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub”.
Yeniavaz.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, hazırda yalnız ilkin nəticələr var və tezliklə sülh sazişinin imzalanması məqsədi ilə onların daha da əlaqələndirilməsi istiqamətində iş aparılır.