Navalnı ilə vida mərasimində 10 mindən çox insan iştirak edib
Rusiyanın müxalifyönümlü siyasi layihəsi kimi tanınan "Ağ sayğac" mart ayının 2-də Moskvada vida mərasimi keçirilmiş Aleksey Navalnını son mənzilə yola salanların sayını açıqlayıb.
Reyting.az xəbər verir ki, "Ağ sayğac"-ın monitorinqinin nəticələrinə görə, 2024- cü il mart ayının 1-də Moskva vaxtı ilə saat 15:06-dan 16:30-dək Aleksey Navalnının dəfn mərasiminə qatılan rusiyalı vətəndaşların sayı 16 min 500 nəfərdən çox olub.
Xatırladaq ki, Aleksey Navalnı 2024-cü ilin 16 fevralında Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında vəfat edib.
Oqtay QORÇU