EN

Bölgə komandasında çılğın qələbə sevinci – Az-az görünən VİDEO

Region Liqasında bu həftə 11-ci turun matçları keçirilib.

Maraqlı görüşlərdən biri Bərdədə baş tutub.

Burada yerli "Bərdə" komandası Yevlaxın "Qarxun" kollektivini qəbul edib.

Şimal-Qərb və Qərb zonasında yer alan tərəflərin duelində meydan sahibləri sevinən tərəf olub - 2:0.

Bərdə şəhər stadionunda keçirilən qarşılaşmadan sonra əsl qələbəlik yaşanıb.

90 dəqiqə sevimli komandalarını tribunadan dəstəkləyən tərəfdarlar final fitindən sonra futbolçuların paltardəyişmə otağına istiqamət alıblar.

Giriş qapısında cəm olan çox sayda fanat futbolçulara öz dəstəyini belə nümayiş etdirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Hadisə yerində olan daimi oxucumuz Mənsum Abbaslının lentə alaraq bizə göndərdiyi görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
109
sportinfo.az

1Sources