EN

Adı rüşvət almaqda hallanan direktor "Xəzər Xəbər"ə açıqlama verdiVİDEO

Bu gün internetdə yayılan səs yazısı yayılıb. Həmin səs yazısının Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyevə məxsus olduğu iddia edilir. Onun rüşvət aldığı iddia edilir. Bunda əlavə, kollecin bazasında toz basmış avtomobillərin işlək vəziyyətdə göstərilməsi və onlar üçün yanacaq pulu adı altında xeyli miqdarda vəsaitin mənimsənilməsi də iddialar arasındadır.

Xezerxeber.az-ın məlumatına görə, iddialar yayıldıqdan sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən o, tutduğu vəzifədən azad edilib.

Adı nöqsanlara yol verməsi ilə bağlı qalmaqalda hallanan Şahin Əliyev “Xəzər Xəbər”ə danışıb. O, yayılan iddiaları əsassız adlandırıb və məqsədli sayır.

Kollecdən isə bildirdilər ki, Göyçay Rayon Prokurorluğunun qərarına əsasən Maliyyə Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müəssisə də araşdırma aparılır.

O da qeyd edilib ki, 2023-cü ilin dekabr ayından etibarən  orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
83
6
xezerxeber.az

10Sources