EN

Qarabağda iki nəfər polisimiz ehtiyatsızlıqdan həlak olub

Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahla ehtiyatsız davranmaları nəticəsində həlak olublar.
Hadisə barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Polis nəfərinin xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.
Araşdırma aparılır.

Chosen
217
38
paralel.az

10Sources