EN

Moskvada dəhşətli atışma: 40 ölü, 100 yaralı - Video

22:00






Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti holl” kompleksində atışma baş verib.
Yenipress.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
İlkin məlumata görə, atışma nəticəsində 12 nəfər ölüb və 35 nəfər yaralanıb.
Atışma “Piknik” qrupunun konsertindən əvvəl başlayıb.
***
Rusiya mətbuatının məlumatına görə, kamufulyaj geyinmiş 3 naməlum şəxs ətrafdakılara atəş açıb.
Atışmanın baş verdiyi kompleksdə partlayış səsləri eşidilib və yanğın başlayıb.
Bildirilib ki, yanğınsöndürənlər binadakı yanğına və orada qalan insanların xilas edilməsinə başlaya bilmir, xüsusitəyinatlıları gözləyir.
***
Moskvada “Krokus Siti holl” kompleksində baş vermiş atışma nəticəsində 40 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
34
yenipress.az

10Sources