EN

Rusiyada daha bir TƏXRİBAT: Silahlı şəxslər saxlanıldı

Rusiyanın Vladivostok şəhərində, “Sedanka City” ticarət mərkəzinin yaxınlığında əlində silah olan iki nəfər saxlanılıb.

 

İNFOAZ.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Primorsk diyarı hökumətindən xəbər verilib.

 

Bildirilir ki, bununla əlaqədar ticarət mərkəzi boşaldılıb, hadisə yerinə hüquq-mühafizə orqanları, polis və Rusiya Milli Qvardiyası cəlb olunub.

 

“Saxlanılanların üzərindən silah və iki saxta qumbara aşkar edilib. Silah hərbi xarakterli deyil (boş güllələr atır – red.) və heç bir təhlükə yaratmır. Vəziyyət təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb”, – deyə məlumatda vurğulanıb.

Chosen
296
18
infoaz.ws

10Sources