EN

Rusiyada təxribat törətmək istəyənlər saxlanılıb



Azərforum Oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində, "Sedanka City" ticarət mərkəzinin yaxınlığında əlində silah olan iki nəfər saxlanılıb.

Bu barədə Primorsk diyarı hökumətindən xəbər verilib.

Bildirilir ki, bununla əlaqədar ticarət mərkəzi boşaldılıb, hadisə yerinə hüquq-mühafizə orqanları, polis və Rusiya Milli Qvardiyası cəlb olunub.

"Saxlanılanların üzərindən silah və iki saxta qumbara aşkar edilib. Silah hərbi xarakterli deyil (boş güllələr atır - red.) və heç bir təhlükə yaratmır. Vəziyyət təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb", - deyə məlumatda vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1096
18
redaktor.az

10Sources