EN

Röya silahlı insidentdən son anda xilas oldu: "İki dəqiqə sonra səhnəyə çıxacaqdıq" - FOTO/VİDEO

Röya silahlı insidentdən son anda xilas oldu: "İki dəqiqə sonra səhnəyə çıxacaqdıq" - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident baş verib.

Publika.az xəbər verir ki, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki "Vegas City Hall"da Xalq artisti Röya Ayxanın bu gün konserti olacaqmış.

Baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.

Röya Ayxan bu barədə "Instagram"da izləyicilərinə məlumat verib.

"İki dəqiqə sonra səhnəyə çıxacaqdıq. Biz çox yaxşıyıq. Hadisə ikinci zalda, başqa adamların konsertində olub. Ümid edirəm ki, heç bir azərbaycanlıya, ümumiyyətlə heç kimə heç nə olmaz".

RöyaRöya

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
253
3
sonxeber.az

10Sources