EN

Tanınmış dondurma şirkəti məhkəməyə verildi

Tanınmış dondurma şirkəti “AER Company qrup” MMC vergi borcunu ödəmədiyi üçün məhkəməyə verilib.

“AER Company qrup” MMC barədə Bakı İnzibati Məhkəməsinə Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi şikayət edib. Məhkəmə prosesinin hazırlıq iclası mart ayının 27-də hakim Aygün Əhədovanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, “AER Company” dondurma şirkəti 1998-ci ildən fəaliyyətə başlayıb, rəhbəri isə Adil Şərifovdur.

Qeyd edək ki, şirkətin dondurmaların keyfiyyətsizliyindən, onun tərkibinə marqarin vurulması ilə bağlı şikayətlər olduğu üçün İqtisadiyyat və Səhiyyə Nazirlikləri də dəfələrlə açıqlama verərək bildiriblər ki, “AER Company Qrup”a məxsus olan bəzi dondurmaların tərkibində bakteriya olduğu aşkarlanıb.

© Banker.az 

Chosen
286
5
hit.az

10Sources