EN

Filipp Kirkorovun Bakıya nə üçün gəldiyi məlum olub

Rusiyalı ifaçı Filipp Kirkorov ötən həftə Bakıya gəlib. Lakin onun Azərbaycanın paytaxtına səfərinin məqsədi qeyd olunmayıb.

Bəzi mənbələr sənətçinin maliyyə problemlərinə görə Rusiyanı tərk etdiyini yazıb. Kirkorovun özündən və onun nümayəndələrindən heç bir şərh verilməyib.

Olay.az-ın məlumatına görə, rusiyalı ifaçı toy mərasimlərinin birində iştirak etmək üçün Bakıya uçub.

Kirkorov paytaxtdakı dəbdəbəli restoranlardan birində keçirilən toy şənliyində çıxış edib.

Qeyd edək ki, ifaçı çıxışını lentə almağı qadağan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
108
30
azpost.info

10Sources