EN

"Atama görə ərimə xəyanət etmişəm"- Tükürpədici HADİSƏ

Azsabah.com qadinlar.biz-ə istinadən yazını təqdim edir.




"Bir ata necə belə bir şey edər deməyin. Bəli, atama görə ərimə xəyanət etmişəm. Əgər atam sevdiyim insanla evlənməyimə icazə versəydi bunların heç biri olmazdı. Yazıq Rauf (ad şərtidir) da mənə başı aşağı olmayacaqdı. Orxan ilə mən orta məktəb illərində tanış olmuşduq. Məktəbimizə dağlarla ətraflı gözəl rayonumuzdan gəlmişdi. Atası sistem işçisi idi və tez-tez yerlərini dəyişdikləri üçün onlar da şəhərləri, rayonları gəzirdilər. Atasının siyasi düşüncələri onları belə bir çətin həyata itələmişdi. Onsuz da onun düşüncələrinə görə atam da evlənməyimizə icazə vermirdi.




Məktəbi qurtarınca Orxan ailəsi ilə birgə mənə elçi gəlmişdilər. Atam aləmi qatdı bir birinə. "Mənim sizə veriləcək qızım yoxdur" tez-tez deyirdi . Etiraz etsəm da qəbul etmədi. Hələ üstəlik bir də şillə yemişdim. Tələm-tələsik məhlədə saf uşaq kimi tanınan Raufla nişanladılar. Arxasından da toy etdilər. Nə edəcəyimi bilmirdim. Toy gecəsi Rauf aybaşı olduğumu və o gecə birlikdə ola bilməyəcəyimizi dedim. Bir ay ərzində Raufu bəhanələrlə fırlatmağa nail olmuşdum. Yazıq, o qədər saf idi ki "Xəstəsənsə həkimə gedək, dərman-filan alım" deyə ətrafımda pərvanə olmuşdu. Orxanla gizli gizli görüşürdüm. Artıq nə qədər daha yola verə bilərdim ki? Çətin idi. Başa düşəcək deyə də bir tərəfdən də qorxurdum. Orxan bütün planları etmişdi. Gəncəyə qaçacaqdıq. Çünki Raufla heç vaxt evli qala bilməzdim. Əslində, ərimə də çox üzülürdüm, vicdan əzabi çəkirdim ki, yazığın nə günahı var onu belə incidim.. 


BAtamın inadkarlığı ucbatından bir insanı ürəyi sınıq, başı aşağı buraxmaq məcburiyyətində qalacaqdım. Nəticədə məhləmizin saf oğlanı, və qonşumuz idi. Mənə bu günə qədər heç bir pisliyi dəyməmiş, üstəlik hər zaman qoruyyardı məni. Böyük bir vicdan əzabı ilə qarşı-qarşıya olsam da başqa yolum yox idi. Gömgöy gözlü Orxanımı dəlilər kimi sevirdim. Ondan heç vaxt imtina etməzdim. Bu həyatımın sonu demək idi. Bir seçim etdim və xoşbəxtliyi seçdim. Orxan məni məhlənin tinində gözləyəcəkdi. Mən də Raufu yatırdıqdan sonra çamadanımı götürüb yola çıxacaqdım.




Gecə saat 12 radələrində evdən çıxdım. Orxan da burada idi. Qaça-qaça yanına gedib möhkəm qucaqladım. Artıq aramızda heç biri mane qalmamışdı. Taksi də hazır idi. Onsuz da 3 aylıq hamilə idim. Bir an əvvəl həyatımızı qurmalıyıq, övladımıza da gözəl bir yuva hazırlamağımız lazım idi. Raufa bütün olanlarla bağlı bir məktub yazdmışdım. Atamın məni onunla zorla evləndirdiyini, əslində isə Orxanı sevdiyimi və ondan hamilə olduğumu dedim. Qısacası, halallıq istədim. İnşallah, məni bağışlamışdir. Nəticədə ona mən yox, atam xəyanət etdi. Hazırda üçüncü körpəmə hamiləyəm. Orxanla da çox xoşbəxtik. Məncə, insan ürəyinin səsini dinləməlidir. Bəzən düşünəndə Raufa yaxşı ki, xəyanət etmişəm deyirəm. Bir tərəfdən də onun nə günahı vardı deyə də vicdan əzabı çəkirəm. Yeganə ümidim məni bağışlamış olmasıdır. İnşallah bağışlayar".

Chosen
658
azsabah.com

1Sources