“Arka sokaklar” serialındakı komissar Məsud rolu ilə tamaşaçı rəğbəti qazanan türkiyəli aktyor Şevket Çoruh serialdan ayrılma səbəbini açıqlayıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, o, şəxsi teatrını açmaq üçün serialdan getdiyini bildirib.
“16 il eyni filmdə çəkildim. Son illər yorulmuşdum, amma davam edirdim.Çünki teatrımı açmaq üçün mənə pul lazım idi. Lazım olan vəsaiti toplayan kimi ayrıldım”, - o qeyd edib.
Aktyor hələ də insanların ona polis komissarı kimi yanaşdığını bildirib.
“Yol polisi maşını saxlayır, sonra üzr istəyir ki, bağışlayın komissarım, tanımadım. Məhəllədəki uşaqlar məni görən kimi ayağa qalxır. 16 il ərzində onlar da gerçəklə yalanı qarışdırıblar”, - aktyor vurğulayıb.