EN

ABŞ müsəlmanları İsrailə dəstəyinə görə Baydenin iftar süfrəsinə dəvəti qəbul etmədi...

Məsələ ilə yaxından tanış olan iki nəfərin sözlərinə görə, bir neçə müsəlman amerikalı prezident Co Baydenin İsrailin Qəzzaya qarşı müharibəsini dəstəkləməsinə etiraz olaraq dəvəti rədd etdikdən sonra Ağ Ev Ramazan iftar süfrəsini ləğv edib.
 
Moderator.az  xəbər verir ki, bu haqda “Əl-Cəzirə” məlumat yayıb.
 
Anonimlik şərti ilə “Əl-Cəzirə” ilə danışan mənbələr, çərşənbə axşamı ləğvin müsəlman icma üzvlərinin liderləri Ağ Evin yeməyinə getməmək barədə xəbərdarlıq etməsindən sonra olduğunu söyləyib.
 
Amerika-İslam Münasibətləri Şurasının (“CAIR”) direktor müavini Edvard Əhməd Mitçel də tədbirin baş tutmadığını, çünki əvvəlcə getməyə razı olan dəvətlilər də daxil olmaqla, çox sayda insanın iştirak etməməyi seçdiyini bildirib.
 
"Amerika müsəlman icması çox erkən bildirdi ki, bizim İsrail hökumətinə Qəzzada Fələstin xalqını aclıqdan və qırğına məruz qoymağa imkan verən eyni Ağ Evlə çörək kəsməyimiz tamamilə qəbuledilməzdir ",- deyə Mitchell “Əl-Cəzirə” kanalına danışıb.
 
Həm “CNN”, həm də “NPR” bazar ertəsi Ağ Evin kiçik bir icma iftarı hazırladığını bildirib.
 
Ancaq bir neçə saat sonra, çərşənbə axşamı günü Ağ Ev bunun əvəzinə yalnız müsəlman hökumət işçiləri üçün nahar təşkil edəcəyini və bir neçə müsəlman Amerika icmasının xadimləri ilə ayrıca görüş keçirəcəyini bəyan edib.
 
Ləğv edilmiş iftar Baydenin İsrailə qeyd-şərtsiz dəstəyinə görə ABŞ ərəb və müsəlman icmalarında artan qəzəbi dayandırmaq üçün apardığı mübarizəni vurğulayır.
 
Tənqidçilər xəbərdarlıq edirlər ki, bu qəzəb noyabr ayında keçiriləcək prezident seçkiləri zamanı seçki qutusunda Bayden üçün təhlükə yarada bilər.
Xatırladaq ki, ötən ilki Ramazanda  Ağ Ev 350 nəfərlik təntənəli iftar süfrəsi təşkil  etmişdi...
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
178
moderator.az

1Sources