EN

"Boeing Starliner"in BKS-ə ilk pilotlu uçuşu mayın 6-na təxirə salınıb

Bakı. Trend:

"Boeing" şirkətinin "CST-100 Starliner" kosmik gəmisininBeynəlxalq Kosmik Stansiyaya (BKS) ilk pilotlu uçuşu mayın 1-dənmayın 6-dək təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Aeronavtika vəKosmos İdarəsi (NASA) xəbər verib.

""Boeing"in pilotlu sınaq uçuşu indi mayın 6-da bazar ertəsindəntez olmayacaq", - deyə bildirilib.

NASA astronavtları Butç Uilmor və Sunita Uilyams "Starliner" iləBKS-ə uçması planlaşdırılır. Buraxılışın Floridadakı Kanaveralburnundakı Kosmik Mərkəzindən "United Launch Alliance" şirkətinin"Atlas V" daşıyıcı raketindən istifadə etməklə həyata keçirilməsiplanlaşdırılır.

Chosen
178
2
az.trend.az

3Sources