Ararat Mirzoyan kimi insanlar Ermənistanı dalana sürükləyir.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Argentina mediasına müshaibəsində "Rusiya və Ermənistan fərqli-fərqli dillərdə danışır" açıqlamasını şərh edib:
"Həqiqətdən də istehza etməyim gəlir. Mənə elə gəlir, bunu etməyə dəyməz. Mən də dillərlə bağlı sözlərlə oynaya bilərəm. Ona görə ki, belə insanlar Ermənistanı dalana sürükləyirlər. Başa düşürsüz məsələ nədir? Mirzoyan müsahibəsində Ermənistanın Rusiya ilə diplomatik münasibətlərini kəsməsinin mümkünlüyü ilə bağlı suala cavab verib. Bildirib ki, gələcəyi proqnozlaşdıra bilməz. Qəribədir. Adətən, hakimiyyətdə olan siyasətçilər sadəcə gələcəyi proqnozlaşdırmırlar, onlar onu (gələcəyi-red) yaradırlar. Onlar tendensiyaları proqnozlaşdıra bilərlər, deyə bilərlər ki, neqativ ssenarilərin reallaşmaması üçün hər şeyi edəcəklər. Cənab Mirzoyanın isə dediklərini eşitmək üzücüdür", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova Mirzoyanın həmin müsahibədə "İrəvanın hazırda əsas tərəfdaşları ABŞ və Avropa İttifaqıdır" bəyanatına da münasibət bildirib:
"Soruşmaq olar, indi, yəni nə vaxt? 2024-cü ilin mart, aprel ayları? Buna kimi, bundan sonra tarix bununla bitir, bəyəm?! Ermənistan Rusiyanın müttəfiqidir. Ermənistan Avrasiya İttifaqının, KTMT və MDB-nin üzvüdür. O ki qaldı Avrasiya İttifaqına və MDB-yə, Ermənistan bu əməkdaşlıqda maliyyə, iqtisadi gəlirlər əldə edir. Bir müddət əvvəl Ermənistan rəhbərliyi ən yüksək səviyyədə bəyan etmişdi ki, bu strukturlar ölkənin təhlükəsizliyi, iqtisadiyyatının inkişafı və Cənubi Qafqazda təcrid olunmaması üçün prinsipial dərəcədə vacibdir. Bu, unudulub? Bu artıq həqiqət deyil? Nə vaxt aldatdınız? Onda, ya indi? Bu nə 180 dərəcə dönüşdür belə?"
Telegram kanalımız