“Neftçi”nin sabiq rumıniyalı baş məşqçisi Adrian Mutu yenidən işsiz qalıb.
Publika.az xəbər verir ki, cəmi 2 ay 4 gündür yerli ÇFR-i çalışdıran mütəxəssis istefa verib.
Məlumata görə, buna səbəb Rumıniya kubokunun 1/4 final mərhələsində səfərdə 2-ci liqa klubu “Hunedoara”ya 0:4 hesablı darmadağınla məğlub olmasıdır.