Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Publika.az xəbər verir ki, “Zirə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib.
İnqilab Məmmədovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb - 2:1.
Xatırladaq ki, daha öncə “Qarabağ” əzəli rəqibi “Neftçi”yə səfərdə 4:0 hesabıyla qalib gəlməklə demək olar ki, cütün taleyini həll edib.
Yarımfinalın cavab görüşləri aprelin 24-də keçiriləcək.