EN

Bu əşyaları heç vaxt paltaryuyan maşında yumayın

Əksər evlər paltaryuyan maşın var. Bəs paltaryuyan maşınla bağlı nələri bilirik? Əslində hər şeyi paltaryuyan maşında yumaq olmaz.
 
Moderator.az BAKU.WS-ə istinadən paltaryuyan maşınla bağlı bəzi məqamları təqdim edir:
 
Metal və ya daşdan hazırlanmış dekorativ elementləri olan geyimləri paltaryuyan maşında yumaq olmaz. Bu elementlər maşına zərər verə bilər. Onları əl ilə yumaq daha yaxşıdır.
 
Ədyal və döşəkləri də paltaryuyan maşında yumaq məsləhət deyil. Çünki su və yuyucu vasitə onların arasında qeyri-bərabər paylanır. Bundan əlavə, döşəklər və ədyallar çox vaxt ağır olur və yaş olduqda daha da ağırlaşır. Bu da paltaryuyana zərər verə bilər.
 
Ayaqqabı.Paltaryuyan maşına ciddi zərər verə bilər.Və səhv rejimi seçsəniz, ayaqqabıların özlərini məhv edəcəksiniz.
Rezin ayaqaltıları da maşınla yumaq olmaz. Kiçik, yapışqan və rezin hissəcikləri məişət cihazlarının nasazlığına səbəb ola bilər.
 
Peluş oyuncaqların əksəriyyətində bir növ elektron komponent və ya kiçik muncuqlar olur. Yuma prosesi zamanı oyuncaq qırıla və bu, elementlər filtrin tıxanmasına səbəb ola bilər.
Chosen
120
1
moderator.az

2Sources