EN

Tayvanda zəlzələdə xəsarət alanların sayı mini keçib

Tayvanda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı mini keçib.

“İki sahil” xəbər verir ki, bu barədə Tayvanın fövqəladə hallara cavab qərargahının hesabatında deyilir.

“Saat 22:00-a (Bakı vaxtı ilə 18:00) olan məlumata görə, fövqəladə vəziyyət nəticəsində 9 nəfər həlak olub, 1 011 nəfər yaralanıb, 143 nəfər isə yardım gözləyir”, - sənəddə qeyd edilir.

Bundan əvvəl 963 nəfərin yaralandığı bildirilirdi.

Qeyd edək ki, bu gün (3 mart – Qeyd) səhər Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib.

Saat 07:58-də (Bakı vaxtı ilə 03:58) Hualyan qraflığında qeydə alınan 7,2 bal gücündə yeraltı təkanlar bütün Tayvanda hiss olunub.

Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri adanın şərq sahillərində, Hualyan şəhərindən 25 km cənub-şərqdə, ocağı 15,5 km dərinlikdə yerləşib.

Zəlzələ Çinin şərqində aydın hiss olunub. Bundan sonra 200-dən çox yeraltı təkan qeydə alınıb.

Chosen
200
5
ikisahil.az

10Sources