EN

Fəridi qətlə yetirən məşqçinin anası ilə yazışmaları... -ŞOK TƏFƏRRÜAT!

Xəbər verdiyimiz kimi, 7 yaşlı Fəridin ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun məhkəməsi başa çatıb. Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.Bakıvaxtı.az-ın Teleqraf.com-a istinadən məlumatına görə, hökmdə göstərilib ki, 1994-cü il təvəllüdlü Mehman sambo müəllimi kimi işlədiyi "Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi" Publik hüquqi şəxsin müəyyən etdiyi dərs cədvəlindən kənar olaraq özü üçün H.Z.Tağıyev qəsəbəsində 19 nömrəli tam orta məktəbin idman zalında cüdo-sambo təlimləri keçirib.Bununla əlaqədar təşkil etdiyi qrupda 2016-cı il təvəllüdlü şagirdi Fəridin təlimlərə gəlmək istəməməsi səbəbindən onun anası Aynurə ilə əvvəllər mövcud olan, lakin sonradan pozulmuş sevgi münasibətlərinin bir daha düzəlməyəcəyini başa düşüb.Mehman qisas niyyəti ilə 29 aprel 2023-cü ildə saat 16-dan 17-yə kimi olan təlim müddətində Fəridin idman ayaqqabısını gətirmədiyini bəhanə edib.Həmin yaş kateqoriyasındakı uşaqlara tətbiq edilməsi qadağan olunmuş "tayi-ataşi", yəni qabağa badalaq, "siyo-nagi", yəni çiyindən atmaqla badalaq, "aşibaray", yəni süpürgə və "ippon siyo-nagi", yəni dizdən oturub çiyindən atma fəndlərini qalınlığı 5 sm olan idman döşəyi-tatami üzərində 57 dəfə tətbiq edib.Daha sonra azyaşlının huşsuz vəziyyətdə yerdə uzanmasına məhəl qoymadan saçından, daha sonra qulaqlarından tutaraq zorla ayağa və havaya qaldırıb. Mehman 23 dəfə eyni fəndləri tətbiq etməklə Fəridi öldürüb.İstintaq orqanı tərəfindən Mehmanın barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilibCinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrlik etdiyi kollegiyada baxılıb.Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mehman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə baş verdiyi günədək təxminən 6-7 ay müddətində cüdo idman növü üzrə müəllim kimi fəaliyyət göstərib:"Müəllim kimi fəaliyyət göstərməyim üçün bütün lazımi sənədlərim və lisenziyam olub. Fərid 2023-cü il yanvarın sonlarından etibarən tələbəm olub. Hadisə baş verən gün, yəni 29 aprel 2023-cü tarixində idman dərslərində qaçış günü idi. Tələbələrlə birlikdə qaçdıqdan sonra məşq etdiyimiz məktəbin idman zalında bəzi fəndləri icra etməli idik. Qaçış günü Fərid idman ayaqqabılarını gətirməmişdi. Mən də bununla bağlı onun valideyni Aynurəyə bildirdim.Qaçışdan qayıtdıqdan sonra bəzi fəndlərin icrasına başladıq. Fəridin üzərində bir neçə dəfə fənd icra etdim. O, məşq etmək istəmirdi. Onun səhhəti ilə bağlı hər hansı narahatlıq hiss etmədim. Fəridin qəsdən məşqdən yayınmaq istədiyini düşündüm. Ona görə məşqə davam etməsinə təkid elədim.Hərəkətli və dözümlü uşaq olduğu üçün ona fəndlər icra etdim. Fəridin üzərində eyni fəndi 57 dəfə icra etməyimin səbəbi həmin fəndi ona öyrətmək və mənimsətmək olub. Məşq bitdikdə Fəridin halı yaxşı olmadı. Amma zərbələr nəticəsində onun halının pisləşdiyini düşünmədim".Təqsirləndirilən şəxs qeyd edib ki, Fəridin valideyni Aynurə ilə oğlunun məşqə başlamasından təqribən 15 gün sonra münasibətləri başlayıb və münasibətlər təxminən 2 ay davam edib: "Münasibətimiz Aynurə tərəfindən dayandırıldı. Ancaq ondan qisas almaq məqsədim olmayıb. Fəridi adətən Aynurə məşqə gətirir, bəzən kənarda əyləşib məşqi izləyirdi. Digər valideynlər də məşqi izləyirdilər.Hadisə baş verdiyi gün Aynurə məşqi izləməyə deyil, oğlunu məşqdən evə aparmaq üçün məşqin sonunda gəlmişdi. O, gələndə məşq bitməmişdi. Aynurə zala daxil olmamışdı. Fəridi mən zaldan çölə çıxardım. Aynurə oğlunun halının pis olması barədə soruşduqda, bunun məşqin ağırlığından olduğunu, evə getdikdən sora düzələcəyini bildirdim. Fəridin vəziyyətinin dəyişəcəyini düşünməmişdim.Məşq bitdikdən sonra Fəridi valideyni ilə birlikdə evə apardıq. Həmin vaxt Fərid mənim qucağımda idi. Evdə olarkən onun qusduğunu gördüm. Daha sonra onu Sumqayıt şəhəri Uşaq Xəstəxanasına apardıq. Sonra Fəridin vəfat etdiyini öyrəndim, əvvəlcə buna inanmadım.Xəstəxananın həyətində olarkən dostuma gedib Fəridin vəziyyətini dəqiqləşdirməsini xahiş elədim. Dostum gedib dəqiqləşdirdi və uşağın vəfat etdiyini dedi. Mən də könüllü şəkildə təslim oldum. Fəridi öldürmək niyyətim olmayıb, hadisə ehtiyatsızlıqdan baş verib".İş üzrə zərərçəkmiş Fəridin hüquqi varisi qismində ifadə verəna anası Aynurənin sözlərinə görə, övladları - zərərçəkmiş Fərid və digər oğlunun idmanla məşğul olmasını istəyib, lakin idman müəllimi tanımayıb:"Bir gün Mehman adlı idman müəlliminin olduğunu bildim. 26 fevral 2023-cü ildə övladlarımı ilk dəfə Mehmanın yanına apardım. Mənim Mehmanla olan münasibətim də uşaqları onun yanına məşq etməyə gətirdikdən sonra başladı. Onunla münasibətlərimi sonlandırmaq istəyirdim. Amma Mehman istəmirdi. Münasibətlərimi sonlandırmaq istəməyimin səbəbi Mehmanın subay, mənim isə 2 uşağımın olması idi.Bir müddət sonra Mehmanda qısqanclıqlar yaranmağa başladı. Onun İsraildə yarışı olacağı üçün birdən-birə münasibətlərimi sonlandırmaq qərarına gəldim. Həmin yarışdan sonra artıq ona münasibətimin bitdiyini dedim".Aynurənin ifadəsinə görə, hadisənin baş verdiyi gün, aprelin 29-da Mehman əsəbi imiş: "Fəridin idman ayaqqabıları evdə qalmışdı. Fəridə idman ayaqqabılarını bacım aparıb verdi. Həmin gün saat 16.30-da Fəridi məşqdən götürmək üçün idman zalına getdim. Mehman məşqin gec yekunlaşacağını bildirdi. Ümumiyyətlə, bundan əvvəl qaçış günü fiziki məşq və ya fəndlərin icrasını həyata keçirmirdi. Lakin həmin gün bunu etmişdi.Əvvəlki gün Mehmanla aramızda mübahisə yaranmışdı. Uşaqları bir daha onun yanına məşqə göndərməyəcəyimi bildirmişdim".Aynurə deyib ki, aprelin 29-da məşq davam edən vaxt Mehman aşağı düşüb, ona uşaqlara yüksək səviyyədə məşq etdirdiyini, evə getdikdə yatacaqlarını bildirib: "Mən məşq zamanı istədiyim vaxt gedib zalda oturaraq izləyə bilirdim. Amma hadisə baş verdiyi gün Mehman zalda oturmağıma icazə vermədi.Məşq bitdikdən sonra Fəridin vəziyyətinin yaxşı olmadığını gördüm. Uşağı qucağıma aldıqda ayaqlarının düz dayanmadığını müşahidə elədim. Daha sonra yeriməyə başladı. Həmin vaxtadək Mehman məşqdə nə etdiyini mənə demədi. Fəridi xəstəxanaya aparmaq istədim. Mehman buna etiraz edərək, uşağın məşqdə bu hala düşdüyünü , onun üçün problem yaranacağını bildirdi.Fərid evə çatdıqda başının ağrıdığını dedi. Mehmandan başağrısı üçün dərman almağı xahiş etdim. O, dərman alıb gətirdi və Fəridə verdi. Daha sonra Mehmanın dostu gəldi. Onun avtomobili ilə xəstəxanaya getdik. Yolda olarkən Fəridin əlləri qatlanırdı. Xəstaxanaya çatdıqda Fəridin bədənində izlərin olduğunu gördüm.Mehman məni xəstəxananın həyətinə çıxararaq, uşağın idman zalında bu hala düşdüyünü deməməyimi tapşırdı. Evdə olarkən Mehman "günahkar mənəm" dediyi üçün məşq zamanı Mehmanın Fəridin üzərində fənd icra etdiyini və bu zaman uşağın xəsarət aldığını düşündüm".Ananın sözlərinə görə, 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında ona yıxılma nəticəsində bu halın yaranmasının mümkün olmadığını, uşağın döyülərək bu vəziyyətə düşə biləcəyini deyiblər:"Xəstəxanaya aparanadək Fərid sərbəst danışmırdı. Ümumiyyətlə, sərbəst danışa bilmirdi, hətta danışmağa da gec başlamışdı. Onu Mehman danışdırmışdı. Fəridi xəstəxanaya apardıqdan təqribən 30-40 dəqiqə sonra vəfat etdiyini bildirdilər.Mehman kimisə öldürəcək biri deyildi, lakin münasibətləri sonlandırmaq istəməyim onu aqressivləşdirmişdi. Əsəbdən Fəridi həyatdan məhrum etdi. Hətta digər oğlum məşq zamanı Mehmanın Fəridin üzərində fənd icra edərkən, həmin fəndləri ona "yenə də anana gəlmirəm deyəcəksən?" deyə sual verərək icra etdiyini bildirdi. Mehmanla barışmamışam, ondan şikayətçiyəm".Məhkəmədə Mehman Xəlilovun əsgərlik yoldaşı da ifadə verib. O bildirib ki, Mehmanı tanıyıb, münasibətləri hər zaman yaxşı olub: "Mən özüm də sambo idman növü ilə məşğul olmuşam. Mehmanla həmin ərəfələrdə tanış olmuşam. 2015-2016-cı illərdə hərbi xidməti bir yerdə keçirmişik. Əsgərlikdə Mehmanla münasibətlərim daha da yaxınlaşdı.Əsgərlikdən qayıtdıqdan sonra da münasibətimiz davam edib. Mən zədələndiyim üçün idmanla məşğul ola bilmədim. Mehman isə idmana davam edərək müxtəlif naliyyətlər qazandı. H.Z.Tağıyev qəsəbəsində 19 nömrəli orta məktəbin idman zalında mən də uşaqlara sambo idman növü üzrə təlim keçmişəm. Sonuncu dəfə təxminən 5 ay bundan əvvəl söhbətləşən zaman mənə hər şeydən bezdiyini, yorulduğunu bildirdi. Mən özüm ibadət əhli olduğumdan Mehmana Allaha sığınmağı təklif etdim. Lakin o, sözlərimə məhəl qoymadı.Həmin ərəfələrdə Mehmanın danışıq tərzində, hərəkətlərində qəribəlik hiss etməyə başladım. Onun narkotikdən istifadə etməyinə dair şübhələrim yarandı. Buna görə dəfələrlə söhbət edərək ona narkotikdən uzaq durmağı məsləhət görmüşəm. Mehman yarışlarda iştirak etdiyindən, həmin ərəfələrində normal olsa da, yarış olmayan günlərdə özünü qəribə aparırdı".Şahid qeyd edib ki, sonuncu dəfə İsraildə keçirilən yarışdan qayıtdığı gün Mehmanı bağına dəvət edərək söhbətləşib: "Söhbət əsanasında Mehmana ibadətə dəvət edərək, narkotik vasitələrdən uzaqlaşmağı məsləhət gördüm. O mənə narkotikdən uzaqlaşacağına söz verdi. Təxminən hadisədən 2-3 gün əvvəl Mehmanın "Whatsapp" statusuna rəy bildirdim. Cavab olaraq səs göndərəndə səsində qəribəlik hiss etdim.Ondan yenə narkotik vasitə qəbul edib-etmədiyini soruşdum. Mehman mənə "methadon" və "qara" adlanan heroin qəbul etdiyini, hər ikisini qarışdırdığını, buna görə də halının pisləşdiyini söylədi. Mehmana əsəbiləşərək söhbəti sonlandırdım".Daha sonra şahid ifadəsində göstərib ki, o öz oğlunu 2-3 dəfə Mehmanın yanına məşqə aparıb: "Özüm də məşqdə iştirak etdiyimdən Fəridi orada görmüşəm. Fərid məşqdə olan zaman dəfələrlə Mehmana məşqə gəlmək istəmədiyini, cüdoçu olmağı arzulamadğını bildirib. Mehman isə onu məşqdə iştiraka məcbur edərək cüdoçu olacağını bildirib.Mən özüm Mehmanın narkotik qəbul etməsini görməsəm də, dəfələrlə hərəkətlərində qəribəlik hiss etmişəm. Buna görə Mehmandan narkotik vasitə qəbul edib-etməməsini soruşmuşam. Mehman özü isə narkotik vasitələrdən istifadə etdiyini bildirib".Məhkəmədə tədqiq olunan səs və SMS yazışmalarından məlum olur ki, Mehmanla Aynurənin arasında sevgi münasibətləri olub. Həmin SMS-lərdə onlar bir-birinə "Yetim" deyə müraciət ediblər.Mehman Xəlilovun telefonunun yaddaşında 1062 ədəd şəkil aşkar edilib. Onun paylaşımlarında ekstaziyə bənzər həb şəkli paylaşıldığı da müəyyən edilib.Aynurə ilə Mehman arasında SMS yazışamlarından bir hissəni təqdim edirik:Aynurə:- Sevgi falan yazmısan?Mehman:- Mətnsiz səs yazısı göndərilmişdi.Aynurə:- Yazmamısansa, kim soruşsa, de ki, dostuq. Gözəl münasibətimiz var.Mehman:- Hə, yazmışam ki, səni sevirəm.Mehman:- Sən mənimçün çox dəyərlisən.Aynurə:- Sən canın, status qoyma.Mehman:- Qoymuram. Belə də ki, qoyanda nolacaq, kimdən çəkinirik ki?Aynurə:- Yat, şərə salma. Hamıdan.Mehman:- Mən heç kimdən çəkinmirəm. Belə də, sevgi azaddır.Aynurə:- Anan səni də, məni də cıranda deyəcəm.Mehman:- Elə bir şey ola bilməz. Ağlına da gətirmə, heç vaxt ola bilməz elə şey.Mehman:- Sənə çox bağlanmışam mən. Məni qırma özündən heç vaxt. Sənə hər tərəfli ehtiyacım var. Yanımda ol. Sənə qarşı olan hislərim saf və təmizdi. Mən səndə ilişib qalmışam. Sənsiz özümü təsəvvür edə bilmirəm. Sənə çox bağlıyam mən.Aynurə:- Dəlisən?Mehman:- Yox.Aynurə:- Sənə dedim axı bağlanma, sevmə.Mehman:- Mən sənə bağlanmışam. Sən də mənə bağlanmısan. Sadəcə demirsən.Aynurə:- Yenə?Mehman:- Çıxaq, yat sən də. Səhər tez duracağıq.Aynurə:- Yarışa kimi heçnə demirəm sənə.Növbəti günlərdə Mehmanla Aynurə yenə də yazışıb.Mehman:- Neyləyirsən? Nə iş görürsən?Aynurə:- Dərsə gedirik. 19 tərəfə.Mehman:- Hə, sağ-salamat.Aynurə:- Sən neyləyirsən?Mehman:- Heç nə. Mən də yoldayam, gəlirəm.Aynurə:- Əlin necə oldu?Mehman:- Ağrıyır da. 1 gün iynə vurduracam.Aynur:- Hə, ok....Növbəti dəfə onların arasında isə belə bir yazışma olub.Aynurə:- Nə olub sənə bu gün? Uzağı yarışa gedib yumruq yeyənə kimi beyin format olur, sonra təzədən başlayır o hiss.Mehman:- Səs yazıları göndərilib...Aynurə:- İqruşkayam? Məcbur saxlayacaqsan? Mən buna qız bəyənirəm, uje həri-falana getmişəm, bu deyir sevirəm, sevgim artır.Mehman:- Getdin salona? Nə etdirəcəksən, ürəyim? Lazer elətdirirsən, yoxsa gözlüyürsən?Aynurə:- Hələ gözləyirəm. Adam çox idi.Mehman:- Mən də çıxıram evdən, gedirəm məşqə. Ordan çıxanda mənimlə əlaqə saxla.Aynurə:- Baş üstə.Mehmanla Aynurə arasında belə çoxsaylı SMS-lər var.Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.Qeyd edək ki, prokuror çıxışında Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan məhrum ediliməsini istəyib.Mehman Xəlilov son sözündə azyaşlını bilərəkdən öldürmədiyini deyib: "Mənim o uşağa qarşı nə qərəzim ola bilərdi? Mən onu bilərəkdən öldürməmişəm. Fərid mənim ən sevdiyim tələbəm olub. Onun üçün canımı da verərdim. Kim kameralar altında adam öldürər? Bu hadisə istəmədən başıma gəlib. Bədbəxt hadisədir. Mənim üçün şeytan, o uşaq üçün əcəl gəldi. Məlum video sosial şəbəkələrdə yayıldı deyə belə oldu".

Chosen
566
22
bakivaxti.az

10Sources