EN

Tünzalənin bu görüntüsü başına bəla oldu - VİDEO

Xalq artisti Tünzalə Ağayevanın sosial şəbəkədə yayılmış görüntüləri başına bəla olub. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, üzündə və dodaqlarında estetik prosedur keçirən sənətçinin son halı sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb.  

Üz konturunu dəyişə və dodaqlarının həcmini böyüdən Tünzalənin estetik həkimi həmin anları "Instagram" hesabında paylaşıb. 

İzləyicilər estrada ulduzunun bu dəyişiminə tənqid bir yana təhqir dolu ifadələr yazıblar.  

Bundan başqa Ağayevanın videoda həkimə rus dilində cavab verməsi də izləyicilərdə qıcıq yaradıb. Onlar müğənninin Azərbaycan dilində səlis danışdığı halda rus dilində danışmasına od püskürüblər. 

Xalq artisti isə yazılan şərhlərə nə əhəmiyyət nə də ki reaskiya verib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
172
20
milli.az

10Sources