EN

8 min nəfər işsiz qaldı – Amerikada

Martın 26-da “Dali” konteyner gəmisinin vurduğu Frensis Skott Key körpüsünün uçması səbəbindən Baltimor limanının fəaliyyətini dayandırmasından sonra səkkiz minə yaxın insan işini itirib.

KONKRET.az xəbər verir ki, liman işçilərinin çoxu bir neçə həftədir maaş almayıb və onlar yenidən işə başlamazdan əvvəl yük daşımalarının bərpasını gözləyirlər.

Həmkarlar ittifaqının sözçüsü Riçard Kryuger – “biz onların nə qədər işsiz qalacağını bilmirik”, – deyə qeyd edib.

“Körfəzi təmizləməyə nə qədər zaman gedəcək? Bu nə qədər davam edəcək? Axı liman işçiləri hesablarını ödəməlidirlər. Biz, doğrudan da, bilmirik”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, sahilyanı zonanın sakinləri, eləcə də orada yerləşən qurumların əməkdaşları da hücuma məruz qalıblar. İndi yüzlərlə ailə ipoteka, təhsil və avtomobil kreditlərini vaxtında ödəyə bilməyəcəklərinə görə narahatdır.

Chosen
242
6
konkret.az

10Sources