Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, sürücünün ölməsi ilə nəticələnən qəza Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü İsrafil Həsənov ağır bədən xəsarətləri alaraq ölüb. "BMW" markalı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Rövşən Əliyev isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Tərtər RPŞ-da araşdırma aparılır.