EN

İrana qarşı yeni sanksiyalar tətbiq edəcəklər

Ağ Ev Tehranın İsrailə hücumu fonunda yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen Vaşinqtonda keçirdiyi mətbuat konfransında danışıb.

“Sanksiyalar baxımından yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyimizi gözləyirəm. Tətbiq etmək niyyətində olduğumuz sanksiyalar barədə əvvəlcədən danışmırıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, aprelin 13-də axşam İran aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq İsrailə doğru onlarla pilotsuz təyyarə və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib.

Chosen
252
9
qafqazinfo.az

10Sources