EN

Əməkdar artistlə bağlı üzücü xəbər - Küçədə yıxıldı...

  "Həyatın hər sınağına hazıram. Əgər bu yaşımda bu sınaq idisə... Hamıya da deyirəm ki, küçəyə çıxanda və hardansa geri qayıdanda ehtiyyatlı olun. Yıxılanda bu dünyaya geri qayıtdığıma görə çox sevindim".
Sağalmolun.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" proqramında deyib. Aktrisa bir müddət əvvəl küçədə gedərkən yıxıldığını və başından zədə aldığını deyib: "Nə qədər huşsuz halda qalmışam bilmirəm. Gözümü açanda sarışın bir qızı gördüm. Soruşdum ki, kimsən? Müğənni Kifayət Gəncəlinin qızı olduğunu dedi. Sanki kimsə məni qaldırıb yerə çırpmışdı. Nələrin baş verdiyindən bixəbər idim. Bu, Allahdan gələn bir sınaqdır. Görünür, Allah mənim hansısa bir günahımı bağışladı. Yıxılsam da, sınığım və ya çıxıq olmadı. Əzildim... Hadisənin üzərindən 25 gün keçdi. Yıxılanda gicgahım dəyib. Hadisədən bir gün sonra gördüm ki, sanki gözümün içinə nar sıxmışdırlar, qıpqırmızı idi. Həmin halda şəklimi çəkib həkimə göndərdim. O mənə dərman yazdı, 2-3 gündən sonra qızartı çəkildi".

Saglamolun.Az





Chosen
104
saglamolun.az

1Sources