EN

Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

BaÅŸ prokuror yanında Korrupsiyaya qarşı MübarizÉ™ BaÅŸ Ä°darÉ™si tÉ™rÉ™findÉ™n Ä°qtisadiyyat Nazirliyi yanında Antiinhisar vÉ™ Ä°stehlak Bazarına NÉ™zarÉ™t DövlÉ™t XidmÉ™tindÉ™n vÉ™ vÉ™tÉ™ndaÅŸlardan daxil olmuÅŸ mÉ™lumatlar üzrÉ™ aparılmış araÅŸdırma É™sasında “Recent Group” vÉ™ “Area Alfa Group” MÉ™hdud MÉ™suliyyÉ™tli CÉ™miyyÉ™tlÉ™rinin rÉ™hbÉ™r vÉ™zifÉ™li ÅŸÉ™xslÉ™ri barÉ™sindÉ™ CinayÉ™t MÉ™cÉ™llÉ™sinin müvafiq maddÉ™lÉ™ri ilÉ™ cinayÉ™t iÅŸi baÅŸlanıb.
 
Bu barədə Moderator.az-a Baş Prokurorluqdan məlumat verilib.
 
Bildirilib ki, istintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Hollandiya, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilib.
 
"Hazırda qeyd olunan bütün faktlar üzrə zərərçəkmiş şəxslərin dairəsi və vurulmuş ziyanın məbləğinin tam müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir", - məlumatda vurğulanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
31
moderator.az

10Sources