Bakıvaxtı.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.Qoç - ciddi, genişmiqyaslı işə başlamayın. Yığılıb qalmış, yarımçıq işləri bitirin, sorğulara cavab verin. Vaxtınızı və səylərinizi opponentlərin inandırılmasına sərf etməyin. Köklü yenidənqurmanı iki gündən sonra da reallaşdıra bilərsiniz.Praktik işlərə mümkün qədər çox vaxt ayırın. Birbaşa və ya dolayı mənfəət vəd edən prosesə qatılın.Ailədə məsləhətləşmə, qohumlarla müzakirələr üçün əlverişli gündür.Təmirə başlamaq olar.Axşam saatlarında istirahət edin.Buğa - yaranan imkanlardan və şanslardan bəhrələnin. Amma tələsməyin, hövsələsizlik etməyin. Eyni vaxtda bir neçə işə başlamayın.Bir işi seçin, amma həmin mövzunun maksimal dərəcədə inkişafı və gerçəkləşməsinə səy göstərin.Ehtiyac olarsa, yardım istəyin. Sözünüzü eşidəcək, arqumentlərinizi dəyərləndirəcəklər. Hadisələri tələsdirməyin. Yaxın ətrafınızdakı insanlara təşəbbüslə çıxış etmək, situasiyanı qiymətləndirmək üçün imkan yaradın.Axşam saatlarında alış-veriş uğurludur.Əkizlər - fəal olun, süstlük və ətalətə qapılmayın. Yaxın ətrafınızdakı insanların astagəlliyi, yeni ideyaların reallaşması ilə bağlı şübhələr fəaliyyətinizdə ləngimələrə səbəb ola bilər.Yaranmış şəraiti adekvat dəyərləndirin və əvvəllər təxirə saldığınız məsələlərlə məşğul olun.Təsərrüfat işləri üçün vaxt tapın.Səhhətinizə fikir verin.Axşam saatlarında açıq havada daha çox vaxt keçirin.Xərçəng - sərbəst və rahat olun. Bu gün kimsə sizə təzyiq etməyəcək, təsir göstərməyə çalışmayacaq. Cari ehtiyaclar və ya həyatın qarşınızda qoyduğu tələblərdən asılı olmayaraq ciddi işlə məşğul olun.Təcili işləri sıralayın. Xoşunuza gələn mövzunu unutmayın.Görüş, xoş ünsiyyət, xəbər və məlumat mübadiləsi, planlar barədə söhbətlər xeyirlidir.Dostlarla təmaslar və yazışmalar informasiya bolluğunu artıra bilər. Söhbəti sizə faydalı məcraya yönəldin. Hədəfi müəyyənləşdirin, tələbat yarandığı təqdirdə yardım və ya dəstək istəyin.Şir - hadisələri tələsdirməyin, süni şəkildə sürətləndirmədən yararlanmağa can atmayın. Aramla, tələsmədən çalışın.Planlaşdırdığınız işi başa vurun. Təkliflər alsanız, onları rədd etməyin, düşünün. Bir çox faydalı işlərlə məşğul olaraq məramlarınıza yeniliklər edə bilərsiniz. Yaxşı tanıdığınız insanlarla təmasda olun.Alış-verişdə mövcud tələbatı və cari ehtiyacları ödəyin.Axşam saatlarını evə, uşaqlarla ünsiyyətə, həyatin sadə sevinclərinə həsr edin.Düşüncə saflğını və soyuqqanlı davranışı bərpa etmək üçün bir qədər dincəlin. Əks təqdirdə işləmək asan olmayacaq.Qız - praktiki fəaliyyətə üstünlük verin. Bələd olduğunuz və yaxşı bacardığınız işi yerinə yetirərkən yeni plan, layihənin yarandığını hiss edəcəksiniz.Köklü və ciddi təsir bağışlayan yeniliklər başlanır.Hansısa mövzuda uğurlu irəliləyiş gözləyin.Gördüyünüz işdən asılı olmayaraq əməksevər, fəal olun.Stereotip düşüncə çərçivəsində davranmayın. Şərtlərin təsiri altında planları dəyişmək gərəkdir. Kiminsə faydalı təcrübəsindən yararlanmaq və ya öz təcrübənizi kiminləsə bölüşmək olar.Axşam saatlarında xoş məclisdə dincəlin.Tərəzi - perspektivlər və imkanlar günüdür. Ciddi və faydalı fikirləri gerçəkləşdirmək üçün əlverişli şərtlər yaranıb. Məşğul olmağınız gərəkən mövzu formalaşmaqdadır.Yeni iş üçün enerji və istək yaranır.Ünsiyyətə açıq olun ki, faydalı məlumatın, yaxud da sizə maraqlı ola biləcək hər hansı mövzu ilə bağlı təklif almaq imkanını əldən verməyəsiniz.Günün ikinci yarısı fiziki iş, sağlamlığın möhkəmləndirlməsinə yönəlmiş tədbirlər üçün əlverişlidir.Axşam saatlarında ev işləri ilə məşğul olun.Əqrəb - iş qrafikinizi sıxlaşdırın, aktiv olun. Çoxdan bəri gündəmdə qalmış bəzi işlərlə layihələri reallaşdırmaq şansı yaranıb. Planlı saf-çürük edin. Səfər, görüş, intellektual fəaliyyət üçün sərfəli gündür.Faydalı işgüzar tanışlıqlar, yeni əlaqələrin yaradılması və köhnə təmasların yaxşılaşdırılmasına can atın.Qarşılıqlı maraqların olduğu məsələləri tərəfdaşla müzakirə edin.Günün ikinci yarısında zahiri görünüş və imiclə məğul olmaq mümkündür. Alış-veriş üçün yaxşı vaxtdır.Axşam saatlarında dincəlməyə çalışın.Restorana yollanmaq, qonaq getmək olar. Sevdiyiniz insanlara hədiyyə verin.Oxatan - dəyişikliklər və yeniliklər günüdür. Başladığınız işin rekonstruksiyası və keyfiyyətinin yüksəldilməsi ilə məşğul olun. Eyni vaxtda bir neçə layihəyə başlaya bilərsiniz. Yeni dəstək və əməkdaşlıq təşəbbüsünün vaxtıdır.İlk baxışdan təsadüfi, amma qəribə təsir bağışlayan görüş, məktub və danışıqlara fikir verin. Harada olmaq istədiyinizi düşünün.İnformasiya mənbələrinizlə aktiv təmasda olun və sizinlə danışmaq istəyən adamın varlığını unutmayın.Səhhətinizə fikir verin.Pəhrizə başlamaqda xeyir var.Oğlaq - önəmli gündür. Hansısa qərarı qəbul etmək gərəkdirsə, tələsin. Qətiyyətli və əzmli davransanız, enerjiniz artacaq, konkret addımlara rəvac veriləcək. Bu gün görə biləcəyiniz işi sabaha saxlamayın.Ev və ailə ilə bağlı işlər xüsusi əhəmiyyət kəsb edir.İntellektual və yaradıcılıq imkanlarınız yüksək səviyyədə olacaq.Danışıqlar, sövdələşmələr, müzakirələrdə çətinliklər yaşanmayacaq.Səfər, müxtəlif rəsmi qurumlara yollanmaq, işgüzar və fərdi görüşlər üçün uğurlu gündür.Şəxsi münasibətlər müstəvisində ümumi planları nəzərdən keçirmək, işlərlə və alış-verişlə birgə məşğul olmaq düşərlidir.Dolça - rutin gündür. Gün ərzində cari işlərlə məşğul olun. Çoxdan bəri təxirə salınan, yarımçıq qalan, diqqət və səylə çalışmağı tələb edən, amma ilk baxışdan darıxdırıcı təsir bağışlayan işlə məşğul olun.Tələsməyin, aramla çalışın. Əməllərinizin sonuclarını təxminləməyə çalışın, yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.Yaşam məkanının ehtiyac duyulan kəsimində qayda yaradın. Bu minvalla hisslərinizdə müvazinət və tarazlığa nail ola bilərsiniz.Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.Axşam saatlarını ailədə keçirin, ümumi planları müzakirə edin.Balıqlar - cəsur və qətiyyətli olun. Uğurlu gündür, aktiv davranın. Danışıqlar, informasiya və sənədlərlə iş, təhsil və səfər üçün uğurlu vaxtdır. Bacarıq və biliklərinizin tanıdılması yaxşı effekt verə bilər.Tərəfdaş və ya şərik, ümumi işlə məşğul olduğunuz insanla danışıqlar asan olacaq. Əməkdaşlıqla bağlı yeni təklif ala bilərsiniz.Şəxsi münasibətlər müstəvisində stabilləşmə dövrüdür. Ümumi maraqları tapın, yaxın gələcəklə bağlı planları müzakirə edin. Yeniliklər və fərqli imkanlar barədə siqnallar alına bilər.