EN

Ukraynaya dəhşətli hücum: 1200 raket, 1500 PUA ... - Zelenskidən açıqlama

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hücumlarındna müdafiə olunmaq üçün ölkəsinin hava hücumundan müdafiə sistemlərinə, təyyarələrə və uzaqmənzilli raketlərə ehtiyacı olduğunu bildirib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bunu Ukrayna-NATO Şurasının iclasında çıxışı zamanı deyib.

Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə davamlı olaraq hücum etdiyini bildirən Zelenski, ilin əvvəlindən hipersəs raketləri də daxil olmaqla ölkə ərazisinə təxminən 1200 raketin atıldığını və 1500 pilotsuz uçuş aparatının (PUA) göndərildiyini bildirib.

"Xarkov, Odessa, Sumı, Çerniqov, Nikolayev, Xerson, Dnepr şəhərlərinin rus terrorçularına qarşı möhkəm müdafiə sistemi yoxdur. Mən bu çıxışa hazırlaşarkən onlar Pivdennıy limanını vurdular. Bir neçə raket təkcə Ukraynanın liman infrastrukturunu deyil, həm də Sinqapurun obyektlərini vurdu”, - deyə o, bildirib.

Rusiya ordusunun havada üstünlüyə malik olduğunu deyən Zelenski vəziyyəti dəyişmək üçün yeni silahlar almalı olduqlarını deyib:

"Müdafiə üçün bizə ən azı 7 "Patriot" və oxşar hava hücumundan müdafiə sistemləri lazımdır. Bunlar bir çox insanın həyatını xilas edə və həqiqətən vəziyyəti dəyişə bilər. Sizdə bu sistemlər var. Artilleriya silahları da nəhayət, cəbhəyə çatdırılmalıdır. Əsgərlərimizin əlində nə qədər çox uzaqmənzilli silahlar olarsa, sülh də bir o qədər yaxın olacaq. Uzaqmənzilli raketlərə və artilleriyaya böyük ehtiyac var. Cəbhə xəttinə və Rusiya Hərbi Hava Qüvvələrinə qalib gəlmək üçün kifayət sayda təyyarə lazımdır, - deyə Zelenski çıxışında qeyd edib.

Vasif, BakuPost


Chosen
287
23
bakupost.az

10Sources