EN

Ağstafada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qoruğ ərazisində ağacəkmə aksiyası keçirilib

Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, qoruğun əməkdaşları və ərazidə elmi-tədqiqat işləri aparmış alimlər, məsul şəxslər, ictimaiyyət nümayəndələri, gənc könüllülər iştirak ediblər.
Qoruğ ərazisində “İlham Əliyev adına zirvə” ətrafında salınmış “Badam bağı”nda 100 ədəd ağac tingi əkilib. Tədbir iştirakçıları Keşikçidağ kurqanlar vadisindən arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri və çap məhsullarından ibarət sərgi ilə tanış olub, ərazidə yerləşən mağaralar, onların divar və tavanlarında əks olunmuş freskalarla tanış olublar. Həmçinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə qurulan kamplarda istedadlı yeniyetmə və gənclərin mağaralar kompleksinin əsrarəngiz təbiətini və tarixi abidələrini əks etdirən rəsmləri, eləcə də Ağstafa şəhər Hüseyn Arif adına uşaq musiqi məktəbinin təqdim etdiyi konsert proqramı böyük rəğbətlə qarşılanıb.
Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd mədəni irsimizin təbliği işinin genişləndirilməsi, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına diqqət çəkmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyət və gənc nəslin diqqətini yaşıllıqların qorunmasına və artırılmasına yönəltməkdir.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8

Chosen
224
1
veteninfo.az

2Sources