Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası razılaşmasını alqışlayırıq.
Gundem.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürüldüyü iki ölkə arasında sərhədlərin delimitasiyası razılaşmasını alqışlayırıq. Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq", - deyə Ş.Mişel yazıb.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.