Kakao paxlasının birja qiymətləri ticarət tarixində ilk dəfə olaraq bir ton üçün 11 min dolları ötüb.
News24.az oxu.az-a istinadən bildirir ki, əmtəənin dəyəri pik həddində 11 068 dollara çatıb.
Məlumata görə, Kot-d'İvuardakı aparıcı kakao paxlası istehsalçıları, bu məhsulun dünyada ən böyük tədarükçüsü olan "Le Synap CI" və "l'Anaproci" şirkətləri hakimiyyət orqanlarından alış qiymətlərini artırmağı tələb ediblər.