Amerikalı aktrisa Payper Lori vəfat edib.
“İki sahil” xəbər verir ki, aktrisa 91 yaşında Los-Ancelesdəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Aktrisa karyerasına 1950-ci ildə başlayıb, Ronald Reyqanla birlikdə "Luiza" filmində debüt edib. Daha sonra Lori yüzdən çox məşhur filmdə rol alıb. O, "The Rascal" (1961), "Carrie" (1976) və "Children of a Lesser God" (1986) filmlərindəki işinə görə üç dəfə "Oskar" mükafatına namizəd olub. Lori "Twin Peaks" serialındakı "Ketrin Martell" obrazı ilə tanınıb. Bu obraza görə, aktrisa "Qızıl Qlobus" mükafatına layiq görülüb.