EN

Kadırovun ən yaxın adamı İran Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə GÖRÜŞDÜ – VİDEO

Kadırovun ən yaxın silahdaşı Delimxanov İran Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının Çeçenistandan olan deputatı, Kadırovun ən yaxın müttəfiqlərindən biri olan Adam Delimxanov özünün Teleqram kanalında yazıb.

Delimxanov İrana işgüzar səfər edib. O, İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədianla görüş keçirib.

“Yaxın Şərq və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, habelə milli təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizədə Rusiya-İran əməkdaşlığının perspektivləri müzakirə edilib.

Bundan əlavə, Qərbin tətbiq etdiyi sanksiyalar kontekstində ölkələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, eləcə də suveren dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin qarşısının alınmasına diqqət yetirilir”, – Delimxanov qeyd edib.

Çeçenistan rəhbəri Kadırov qeyd edib ki, “bu görüşün nəticələri tərəfdaşlığın gələcək inkişafı və ümumi məqsədlərə nail olmaq üçün başlanğıc nöqtəsi olacaq”.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
78
1
interpress.az

2Sources