EN

Almaniyada deputat köməkçisi Çinə casusluq ittihamı ilə saxlanılıb

Avropa Parlamentinin Almaniyanın radikal ultra-sağçı AfD Partiyasından olan deputat Maksimilian Kranın köməkçisi Çin üçün casusluqda şübhəli bilinir.


 
Modern.az xəbər verir ki, Almaniya mətbuatı mənbələrə istinadən bu barədə yazıb.

 

Drezdendə “Almaniya üçün Alternativ” (AfD) sağ populist partiyasının üzvlərindən birinin əməkdaşı qanunsuz kəşfiyyat fəaliyyətində, o cümlədən çinlilərə casusluqda şübhəli bilinərək saxlanılıb. Almaniyanın baş prokuroru bildirib ki, o, Çin kəşfiyyat xidmətinin əməkdaşıdır və 2024-cü ilin yanvarında Avropa Parlamentində danışıqlar və qərarlar haqqında məlumat ötürüb.

 

AfD Partiyasının sözçüsü deputat köməkçisinin saxlanması ilə bağlı xəbərləri “çox narahatedici” adlandırıb.

 

2 çinli casusun həbsindən sonra bu, son 24 saatda Almaniyada Çin təsirinə qarşı ikinci əməliyyatdır.

Chosen
359
50
modern.az

10Sources