Rusiya Federasiyası Dövlət Dumasının Çeçenistandan olan deputatı və Çeçenistan rəhbəri Ramzan Kadırovun ən yaxın adamlarından biri Adam Delimxanov bu gün İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Əkbər Əhmədianla görüşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Adam Delimxanovun “Telegram” kanalı xəbər verib.
“Görüşdə Yaxın Şərq və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, habelə milli təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizə sahəsində Rusiya-İran əməkdaşlığının perspektivləri müzakirə edilib. Bundan əlavə, Qərbin sanksiyaları kontekstində ölkələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, eləcə də suveren dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərinin qarşısının alınmasına diqqət yetirilib”, – deyə “Telegram” kanalında yazılıb.
Çeçenistan rəhbəri Ramazan Kadırov qeyd edib ki, bu görüşün nəticələri tərəfdaşlığın gələcək inkişafı və ümumi məqsədlərə nail olmaq üçün başlanğıc nöqtəsi olacaq.