EN

Aparıcıları buna görə təhqir edirlər - İNANILMAZ AÇIQLAMA

Ölkəmizdə ən çox tənqid hədəfinə çevrilən sahələrdən biri televiziya və efirlərimizdir. Sosial xarakter daşıyan verilişlər və bu proqramları idarə edən aparıcılar cəmiyyətdə ən çox müzakirə və tənqid edilənlər arasında ilk sırada yer alır. Bəzən bu vəziyyət cızığından çıxır və insanlar təkcə tənqidlə yetinmirlər. Bu verilişlərin aparıcılarına təhqir xarakterli rəylər, qeyri-etik ifadələr ünvanlanır. 

Bəs həmin aparıcıların sevilməməsinə, təhqir olunmasına səbəb nədir? İnsanlar niyə onları bəyənmir? 

Psixoloq Aytən Ələkbərova mövzunu “Yeni Sabah”a şərh edib. Bildirib ki, verilişdə baş verən hər şey sonda aparıcının üstündə cəmləşir: 

“Əslində, onlar motiv olaraq aparıcı olduqları üçün önyarğıda olurlar. Amma digər tərəfdən, həmin anda verilişə gələn insanların problemlərinin olması insanları qıcıqlandırır. Onlar düşünür ki, niyə mənim ölkəmdə bu cür problemlər olmalıdır? İstər sosial problemlər, istərsə də, xəyanət kimi mövzuların efirlərə yansıması cəmiyyətdə müəyyən qəzəb yaradır. Təbii ki, aparıcıya bu cür münasibət göstərmək lazım deyil. Problemi həzm etməmək, qəbul etməmək, “sənin ailəndi, niyə efirə çıxarırsan” kimi düşüncələr insanlarda qıcıq yarada bilir. Bəzən deyirlər ki, Aytən xanım, niyə efirdə sizə bunu deyir, efirdə görürsə, yanınıza gəlsin desin. Heç kim anlamır ki, insanların maddi durumu imkan vermir deyə, onlar psixoloqa, vəkilə müraciət edə bilmirlər. Bu baxımdan bu cür verilişlərə üz tuturlar. Verilişlərdə səsləndirilən problemlərin insanlarda qıcıq yaratması da sosial verilişlərin aparıcılarının tənqid, hətta təhqir edilməsi ilə nəticələnir”. 

A.Ələkbərova sosial verilişlərin aparıcılarının brend səviyyəyə çatdığını və bu pilləyə sıfırdan gəldiyini də vurğulayıb: 

“Özümüz belə kənardan baxanda hər hansısa çıxışımız üçün fikirləşirik ki, kaş, mən bunu öncədən deməzdim, sən demə, arxası gəlirmiş, qarşı tərəfi dinləmədən bunu deməməliydim və s. və i. Bunu ancaq psixoloqlar edir, empatiya quraraq, düşünür ki, hər iki tərəfi danışdırım, daha sonra münasibət bildirim. Bəzən isə emosiyalarını saxlaya bilməyən ekspertlər məsələyə birtərəfli yanaşırlar. Yekun nəticədə hər bir hadisə və məqam aparıcının üstündə cəmləşir. Aparıcı hər birimizi verilişə dəvət etdiyi üçün qıcıq nöqtəsində də məhz o dayanır. Amma ümumi olaraq baxanda, həmin aparıcılar bu səviyyəyə sıfırdan gəliblər və özlərini brendə çeviriliblər. Belə verilişlər və aparıcılar dünya səviyyəsində aparılan layihələri icra edirlər. Məncə, biz ölkəmizdə yayımlanan verilişlərə şükür etməliyik”. 

Aytac Şahin 


Telegram kanalımız
Chosen
89
1
yenisabah.az

2Sources