23 aprel 2024-cü il tarixdə saat 15:00 radələrində Şamaxı rayonuna yağan leysan yağışlar nəticəsində yaranmış sel suları Şamaxı-Pirpulu avtomobil yolunun Əngəxaran və Çuxuryurd kəndlərindən keçən hissəsinə çınqıl və palçıq qarışığı gətirib.
Şamaxı Rayon İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, aidiyyəti qurumlar, həmçinin Şamaxı “Şəhər Təsərrüfatı” tərəfindən əraziyə texnika və canlı qüvvə cəlb olunub, qısa müddətdə yolun hərəklət zolağı çöküntülərdən təmizlənib. Həmçinin rayonun dağ kəndlərində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsindən sel suları keçib, əmlaklara və tikililərə ziyan dəyməyib.
Hazırda rayon ərazisində yağış müşahidə olunmur.
***
16:45
Şamaxıda güclü leysan yağıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, Şamaxı-Priqulu- Çuxuryurd istiqamətində yağan leysan xarakterli yağış nəticəsində bəzi əraziləri su basıb. Dağlardan gələn sel suları
Şamaxı-Priqulu avtomobil yolunu basdığından bir müddət avtomobillərin hərəkəti dayanıb. Bununla yanaşı, sakinlərə məxsus bəzi yaşayış evlərini su basıb və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.