Hizbullahın silahlı qüvvələri İsrailin Yuxarı Qaliley bölgəsindəki yaşayış məntəqələrinə kütləvi raket zərbələri endiriblər.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Mayadeen” məlumat yayıb.
Bildirilib ki, təkcə Marqaliot qəsəbəsinə reaktiv raket sistemlərindən 30-dan çox zərbə endirilib.
Hücum zamanı Kiryat-Şmon şəhərində elektrik enerjisinin kəsildiyi bildirilib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.