EN

Utancaqlıq sanırsınız, ancaq XƏSTƏLİKDİR - Qız övladı olanların DİQQƏTİNƏ! 

Mütəxəssislərin fikrincə, qızlara autizm diaqnozunu qoyulması oğlanlara nisbətən daha uzun çəkir, çünki qızlarda simptomlarda fərqliliklər olur. 

Sfera.az xəbər verir ki, autistik spektr pozuntusu sosial qarşılıqlı əlaqədə çətinliklərlə səciyyələnən inkişaf pozuntusudur. Simptomlar uşaqların göz təmasını saxlaya bilməməsinə, hətta 9 aylıq olarkən öz adlarının çağırılmasına cavab verməməsinə və ya ünsiyyət üçün jestlərdən istifadə etməsinə səbəb ola bilər. Dövri mətbuata görə, 18 yaşlı qızların çoxu autizmli olduqlarını belə bilmirlər.

Səbəb olur ki, autizm diaqnozu ilə bağlı tədqiqatlar əsasən oğlanlar üzərində cəmlənib və tarixən bu, qızlar üçün diaqnostik meyarların çox yaxşı işlənməməsinə gətirib çıxarıb. Erkən diaqnoz ailəyə tam olaraq hansı dəstəyə ehtiyac olduğunu anlamağa kömək edir. Bundan əlavə, erkən diaqnoz zamanı vəziyyəti müəyyən dərəcədə yüngülləşdirə biləcək müalicə üsullarından istifadə olunur. 

Məqalədə bildirilib ki, oğlanlardan fərqli olaraq autizmli qızlar daha çox sosiallaşa bilər. Qız uşaqları valideynlərinə daha az problem yaradır və daha sakit xarakterə malikdirlər. Bundan əlavə, qızlarla bağlı ictimai təsəvvürlər də müəyyən rol oynayır.

Məsələn, 3-4 yaşlı qız uşağı danışmaq istəməyib anasının arxasında gizlənirsə və ya danışmaq əvəzinə kitablardakı şəkillərə baxırsa, cəmiyyətin təsəvvürünə uyğun olaraq bu, utancaqlıq sayılır. Bu hal oğlanlarda problem hesab olunur, çünki oğlanların daim aktiv olurlar. Mütəxəssislər qeyd edirlər ki, autizm tez-tez qızlarda və qadınlarda digər pozğunluqlarla, məsələn, şəxsiyyət pozğunluğu, Tourette sindromu, bipolyar pozğunluq və s. gətirib çıxarır.

Bu səbəblə qızlarda sadalanan ünsiyyət pozğunluğu kimi hallar müşahidə olunduqda mütəxəssisə müraciət etmək lazımdır.

Chosen
60
2
olke.az

3Sources