Avtomobillərin səkidə saxlanması ümumiyyətlə, qanunla qədagandır və dayama durma qədərlərin pozulmasına görə bu halda 20 manat cərmək yazılır. Bəzi insanlar ancaq özünü düşünür. Elə fikirləşir ki, hər yerdə maşın saxlaya bilər. Səkilər piyadalar üçündür. Biz neçə illər deyirik ki, səkiləri piyadalara qaytarmaq lazımdır. Avtamobilləşmənin, tixacın qarşısını almaq üçün səkilər boş olmalıdır ki, insanlar orada rahat gəzə və hərəkət edə bilsinlər. Amma bu rahatlığı görmədiklərinə görə, insanlar özlərinə maşın almaq fikrinə düşürlər.
Bu fikirləri səkilərin avtomobillərlə zəbt olunmasından cana doyan sakinlərin yaşadığı problemin həlli ilə bağlı İnterpress.az-a nəqliyyat eksperti Elməddin Murad bildirib.
“Avtomobillərin səkidə saxlanması ümumiyyətlə, qanunla qədagandır və dayanma-durma qaydalarının pozulmasına görə bu halda 20 manat cərİmə yazılır. Amma səkidə avtomobillə hərəkət etməyə görə 40 manat cərimə nəzərdə tutulur. Bəzi hallarda polis 40 manat, bəzi hallarda 20 manat cərimə yazır. Çünki məntiqlə bu avtomobil səkiyə göydən gəlib düşmür. Səkiyə çıxıb hərəkət edib və orada da park olunur.
Ona görə qanunu cəhətdən bir növ 40 manatlıq cərmə uyğundur.
Sadəcə olaraq vətəndaşlar bunu ya bilərəkdən, ya bilməyərəkdən bəzən anlamırlar. Kimə də bir söz deyirsən, hamı deyir ki, maşını saxlamağa yeri yoxdur, bəs harada saxlayıq saxlayaq.
Yəni, bəzi insanlar ancaq özünü düşünür, hansı ki, kənar bir yerdə maşın saxlaya bilər.
Səkilər piyadalar üçündür. Biz neçə illər deyirik ki, səkiləri piyadalara qaytarmaq lazımdır”, – o deyib.
Ekspert şəhərdəki avtomobillərin çoxluğunun səbəblərindən birini səkilərin qanunsuz zəbt olunmasında görür.
“Avtomobil sıxlığının və tixacın qarşısını almaq üçün səkilər boş olmalıdır.
İnsanlar düşünür ki, onlar üçün yol var, orada rahat gəzə, hərəkət edə bilərlər. Amma bunu görmədiklərinə görə, onlar da maşın almaq niyyətinə düşürlər.
Hamı gedib imkan düşən kimi maşın alır. Məcburiyyətdən alır bunu. Yəni, inanın ki, bunu əksər insanlar məcburiyyətdən edir.
Qınamaq olmaz ki, sən niyə maşın alırsın? O da göstərir ki, mən maşını ona görə alıram ki, küçədə gəzə bilmirəm, avtobuslar yaxşı vəziyyətdə deyil və s. və ilaxır. Bu cür həssas məsələlər var.
Ona görə küçələr, piyada önəmli olmalıdır və velosiped zolaqları, skuterlər üçün, ictimain nəqliyyat üçün normal şərait olmalıdır. Ən əsası da səkilər normal olmalıdır ki, piyadalar rahat şəkildə qısa məsafəli yolları piyada qət etsinlər.
Təsəvvür edin, camaat qısa məsafəyə də maşınla gedir və yaxud taksi çağırır, avtobusa minir, hansı ki, məsələn, o yolu piyada gedə bilər.
Piyada niyə gəzmirlər? Çünki gedir görür ki,səkidə qabağına “peraşki” dükanı, sigaret köşkü, aptek çıxır. Səkiləri gecə ilə İcra Hakimiyyətləri satır, yaxud kimlərsə satır. Yəni, satan satanadır.
İnsanların rahatlığını düşünməlidirlər. Ona görə səkilər qorunmalıdır, səkilər piyadalara qaytarılmalıdır.
Səkilərlə bağlı problemlərİ AYNA, İcra Hakimiyyətləri və DYP həll etməli, nəzarətdə saxlamalıdır”, – Elməddin Murad qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az