Taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2023-cü ilin aprelindən axtarılan Kaykanın cəsədi ayağındakı döymə sayəsində tanınıb.
Modellik karyerasını bitirdikdən sonra ailəsinə maddi dəstək vermək üçün Taylanda köçən və restoranda işə başlayan Kaikan Kaennakam 1 il əvvəl yoxa çıxıb.
Ailəsi aylarla onu axtarıb. Onlar Bəhreyndəki Tailand icmasına müraciət edərək kömək istəyiblər.
Lakin aprelin 18-də Tailand səfirliyi Kaikanın ailəsinə Salmaniya Tibb Kompleksinin morqunda qadın meyitinin tapılması barədə məlumat verib.
Ailə üzvləri modelin ayağındakı döymə sayəsində cəsədini tanıya bilib.
Fidan
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun