EN

Qriqori Karasin Simonyanın bəyanatlarına görə Ermənistan parlamentinə məktub göndərib

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın Aprelin 22-də Palmada (İspaniya) Aİ parlamentlərinin sədrləri konfransında səsləndirdiyi bəyanatlarla bağlı parlamentarilərin mövqeyinə aydınlıq gətirmək üçün Ermənistan parlamentinə məktub göndərib.

APA xəbər verir ki, Komitə sədri bu məsələ ilə bağlı mövqeyini Federasiya Şurasının 24 aprel 2024-cü il tarixli 566-cı iclası zamanı açıqlayıb.

Məktubda Ermənistan parlamenti sədrinin çıxışının Rusiya ictimaiyyətinin mənfi reaksiyasına səbəb olduğu qeyd edilir.

“Vətəndaşlarımızdan Simonyanın açıq-aşkar anti-Rusiya bəyanatlarının Ermənistan Milli Assambleyasının rəsmi mövqeyini əks etdirib-etdirmədiyini aydınlaşdırmaq üçün çoxsaylı müraciətlər almışıq. Bununla əlaqədar olaraq, Ermənistan parlamentinin sədrinin sözügedən tədbirdə kimin adından çıxış etdiyinə aydınlıq gətirməyinizi, həmçinin onun söylədiklərinin Rusiya ilə Ermənistanın müttəfiqlik münasibətlərinə nə dərəcədə uyğun olduğunu bildirməyinizi xahiş etmək istərdim”, - Karasinin məktubunda deyilir.

Chosen
152
14
apa.az

10Sources