EN

Qurban Qurbanov: “Klub razılıq verməsə, harasa getmələri baş tutan məsələ deyil”

“Futbolçularımı təbrik edirəm. Finala vəsiqə qazandıq. Ölkə kuboku əlavə prestijdir. Hər bir futbolçu kuboku qazanmaq istəyər. Oyundan ümumən razı qaldım. “Neftçi”yə uğurlar arzulayıram”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi”yə qarşı baş tutan görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını da cavablandırıb.

– Yayda edə biləcəklərinizi indidən sınaqdan keçirməyi düşünürsüz?

– Böyük dəyişiklik etmək fikrində deyilik. Öz düşündüklərimizi daha da yaxşılaşdırmaq, tezləşdirmək istəyirik. Məşqlərdə çalışırıq, oyunçulardan da tələb edirik. Nəyisə təkmilləşdirmək şansımız varsa, komandadan bunu tələb edirik. Sistem dəyişikliyin tərəfdarı deyiləm. Sadəcə oyunun gedişatında əlavə kombinassiyalar, əlavə rotasiyalar edirik. Amma çox da futbolçuların fikirlərini yayındırmaq istəmirəm. Əvvəl rəqibə oynamağa imkan verməməliyik, sonra da düşündüklərimizi reallaşdırmalıyıq. Qarşıda əlavə nəsə etmək istəsək, istifadə edəcəyik.

– Andrey Lunyov komandada qalacaq?

– Burada hansısa problem görmürəm. Futbolçuların çoxunun bizimlə müqaviləsi var. Klub razılıq verməsə, harasa getmələri baş tutan məsələ deyil. Ola bilər ki, həvəssizlik olsun. Amma hamısı bizim oyunçulardandır. Rəsmi olaraq təklif yoxdur. Narahat olası bir şey görmürəm.

– İki oyuna “Neftçi”yə 8 qol vurdunuz. Kənardan elə görünürdü ki, “Qarabağ”ın oyunçuları meydanın mərkəzindən keçərək daha baxımlı qol vurmaq istəyirdi..

– Rəqib hansı zonadan daha çox imkan verirsə, ondan istifadə etməyə çalışırıq. Meydanın mərkəzindən daha tez hücuma keçmək oyunumuzun elementlərindən biridir. Çox keyfiyyətli olur. Rəqib imkan verdiyi qədər bundan istifadə etmək istədik. Bugünkü futbol bunu çox tələb edir.

Chosen
130
idmanxeber.az

1Sources